Rusiya işğaldan sonra Ukraynanın Xerson vilayətinə təyin etdiyi "hakimiyyət orqanları" yaxın gələcəkdə regionun tam hüquqlu subyektə çevrilməsi üçün bölgənin Rusiya Federasiyasına birləşdirilməsinə başlayacaq.

Bu barədə TASS-a Rusiyanın Xersonda yaratdığı hərbi-mülki administrasiyanın rəhbər müavini Kirill Stremousov bildirib.

"Xerson vilayəti yaxın gələcəkdə tam hüquqlu subyektə çevrilərək Rusiya Federasiyasının tərkibinə daxil olmaq niyyətindədir", - Stremousov bildirib.