Sumqayıtda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Sumqayıt şəhər Narkoloji Dispanserdən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 3991 nəfərdir. Onlardan 123-ü qadındır. Hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin ümumi sayı 5526 nəfərdir.

Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1535 nəfərdir. Onların  24-ü zərif cinsin nümayəndəsidir.

Bildirilib ki,narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-45 yaş arasındadır.