2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1248.2 kq qızıl, 1906.8 kq isə gümüş istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artıb, gümüş istehsalı isə 20.1% azalıb.

Qeyd edək ki, 2024-cü il avqust ayının 1-nə Azərbaycanda gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 560.2 kq və 319.4 kq təşkil edib.