“Gəncə Şərab-2” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın sentyabrın 19-na təyin olunub.

Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:

1. “Gəncə Şərab-2” ASC-nin səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması;

2. “Gəncə Şərab-2” ASC-nin nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq Cəmiyyətin nizamnaməsinin ikinci redaksiyada təsdiq edilməsi;

3. Səhm buraxılışının dövlət qeydiyyatına alınması, səhmlərin qapalı şəkildə yerləşdirilməsi, səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsi ilə bağlı aidiyyəti qurumlara müraciətlə bağlı məsələlər.

4. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər. 

Qeyd edək ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 685 340.69 manatdır.