Avrozona iqtisadiyyatı bu ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,3% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonada ikinci rüb üçün aparıcı iqtisadi məlumatları dərc edib.

Məlumata görə, Avropa İttifaqında iqtisadi artım ikinci rübdə 0,3%, illik bazda isə 0,8% artıb.

Almaniya iqtisadiyyat ikinci rübdə 0,1% kiçilib, Fransa 0,3%, İtaliya 0,2%, İspaniya 0,8% böyüyüb.

 

Gözəl Həşimova