Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda təmir işləri aparılan yolları açıqlayıb.

Bu barədə İqtisadiyyat.az-a qurumdan məlumat verilib.

Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar:

1. Alexsandr Puşkin küçəsi Dəmir yol vağzalının qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Həsən bəy Zərdabi prospekti, Musabəyov parkı istiqamətində, Akim Abbasov küçəsi ilə kəsişmədən Həsən Məcidov küçəsi ilə kəsişməyə qədər;
3. Nəsimi rayonu, 28 May küçəsində, (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək);
4. Xətai rayonu, Yusif Səfərov küçəsi ilə kəsişmədən A.Puşkin küçəsi ilə kəsişməyə qədər;
5. Dilarə Əliyeva küçəsi, A.Puşkin küçəsi ilə kəsişmədən Səməd Vurğun bağınının yaxınlığı, Rixard Zorge küçəsi ilə kəsişmə istiqamətində;
6. 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Molla Pənah Vaqif prospekti ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
2. Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Azərbaycan Dövlət Neft Akademiyasının qarşısında;
3. Xətai rayonu, 8 Noyabr prospekti, Heydər Əliyev adına Neft Emalı Zavodunun qarşısı, hər iki istiqamətdə;

4. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, "Badamdar Hotel”in qarşısı, hər iki istiqamətdə;
5. Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsi, Rəşid Behbudov küçəsi istiqamətində;
6. Səbail rayonu, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində;
7. Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyədək yolda təmir işləri aparılır.