2024-cü ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 47 milyard 138,9 milyon manat və ya hər nəfərə orta hesabla 4625 manat olub.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 41500,6 milyon manat təşkil edib.