Böyük Britaniya və Ukrayna 100 illik tərəfdaşlığa dair tarixi sənəd hazırlayır.

İqtisadiyyat.az UNİAN-a istinadən xəbər verir ki, iki ölkə daha güclü və dərin tərəfdaşlığa doğru irəliləmək üçün tarixi ikitərəfli saziş üzrə danışıqların birinci mərhələsini keçirib.

Yeni tərəfdaşlıq sazişi bir çox sahələrdə - təhlükəsizlikdən tutmuş iqtisadiyyata, enerjidən tutmuş mədəniyyət və incəsənətə qədər əlaqələri gücləndirməlidir.

Bildirilib ki, Böyük Britaniya Ukrayna ilə təhlükəsizlik sazişi imzalayan ilk ölkə olub və indi 100 illik tərəfdaşlığa dair tarixi sənəd üzərində işləyən ilk ölkədir.

 

Gözəl Həşimova