Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizəd olan Ağaşirin Məmmədovun təşviqat kampaniyası davam edir.

İqtisadiyyat.az xəbər verir ki, deputatlığa namizəd seçiciləri ilə görüşlər keçirib.

O, görüşlər zamanı seçicilərini öz seçki platforması ilə bağlı məlumatlandırıb. Bildirib ki, məqsədi müstəqil, azad, suveren Azərbaycanda dövlət ənənələrinin həyata keçiriləməsinə töhfə vermək və daha möhkəmlənməsinə xidmət etmək, ölkəmizin iqtisadi inkişafı üçün gerçəkləşdirilən islahatları dəstəkləmək, vətəndaşların sözünü yüksək tribunalardan səsləndirməkdir. 

Deputatlığa namizəd vurğulayıb ki, kiçik və orta sahibkarlığın geniş inkişafına şərait yaradılması, milli-mənəvi dəyərlərimizin qorunması, seçiciləri narahat edən məsələlərin aidiyyatı qurumların diqqətinə çatdırılması, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması, bunların qanunların qəbulunda nəzərə alınması vacib şərtlərdir.

Qeyd edək ki, Ağaşirin Əli oğlu Məmmədov 1974-cü ildə Qubadlı rayonunun Alaqurşaq kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə başa vurandan sonra
Azərbaycan Dövlət İqtisad Universitetunin Beynəlxalq iqtisadi münasibətlər fakultəsində ali təhsil alıb. Ali təhsil dövründə “Siyasi natiqlik məktəbi”ndə oxuyub. 1996-cı ildə Türk Dünyası Gənclər Federasiyasını yaradanlardan biri olub.

Universiteti bitirəndən sonra cəbhə bölgəsində hərbi xidmət keçib.

Ağaşirin Məmmədov uzun müddət media qurumlarında çalışıb, "Avrasiya", "Bu gün", "Ekspert" qəzetlərində müxbir, İnformasiya şöbəsinin müdiri və reklam direktoru vəzifəsində çalışıb.

O, bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə, o cümlədən Mətbuat xidmətinin rəhbəri postunda da çalışıb. Bununla yanaşı, mətbuatla əlaqələri də kəsməyib, bir sıra KİV-lərlə əməkdaşlığı davam etdirib.

Yaşadığı Abşeron rayonu ərazisində, o cümlədən Saray qəsəbəsində bir sıra sosial-iqtisadi problemlərin həllində fəallıq göstərib, onların aradan qaldırılmasında yaxından iştirak edib.

A.Məmmədov 2020-ci ildə keçirilmiş parlament seçkilərində də 50 saylı seçki dairəsindən deputatlığa namizəd olub.

Ailəlidir, iki övladı var.