Rusiya hökuməti sentyabrın 1-dən benzinin ixracına yeni məhdudiyyət tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, sentyabrın 1-dən dekabrın 31-dək Rusiyada benzinin ixracına müvəqqəti məhdudiyyətin tətbiqi davam edəcək. Buna səbəb isə neft emalı zavodlarında mövsümi tələbat və planlı təmir işləridir.

Məhdudiyyət, beynəlxalq humanitar yardım göstərmək üçün ixrac edilən yanacağa şamil edilməyəcək.

Hazırda Rusiyadan benzin ixracına hökumət tərəfindən bu ilin martın 1-dən avqustun 31-dək müvəqqəti qadağa qoyulub.

 

Gözəl Həşimova