Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,6% artaraq 1 milyard 939,3 milyon manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin 74%-i əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 35,6 faizi və ya 690,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.