Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 29 600 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1315 tankı, 3235 zirehli döyüş maşını, 617 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 HHM sistemi, 205 təyyarəsi, 170 helikopteri, 2225 avtomobil texnikası, 13 gəmisi, 502 kəşfiyyat PUA-sı, 47 xüsusi texnikası, 114 qanadlı raketi məhv edilib.