Ağdam rayonunun Eyvazxanbəyli kəndində söküntü və şaquli planlaşdırma işlərinə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara start verib.

Belə ki, burada söküntü, baş plan üzrə şaquli planlaşdırma işləri aparılacaq və tikinti-quraşdırma ilə bağlı müvəqqəti binalar və qurğular quraşdırılacaq.

Dövlət Xidmətinin bununla bağlı elan etdiyi tenderin qalibi “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyəti olub və dəyəri 1,9 milyon manat olan müqavilə bağlanılıb.

Qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclər də nəzərə alınıb.