Basketbolun 3×3 növü üzrə Qadın seriyasının Bakı mərhələsinin püşkü atılıb.

İqtisadiyyat.az xəbər verir ki, yarışda 16 komanda mübarizə aparacaq.

Onlardan 6-sı təsnifat mərhələsində iştirak edəcək. A qrupundan iki, B qrupundan bir komanda əsas raunda vəsiqə qazanacaq.

Təsnifat mərhələsi

A qrupu: Ukrayna, “Maebaşi Flovliş” (Yaponiya), İrlandiya

B qrupu: Filippin, Avstriya, “Loqrono Sentral” (İspaniya)

Azərbaycan millisi əsas raunddan yarsa qatılacaq. Yığmamız C qrupunda “Düsseldorf ZOOS” və təsnifatda A qrupunun qalibi olacaq komanda ilə görüşəcək.

Qrup mərhələsi

A qrupu: Niderland, Portuqaliya, Çin U-24

B qrupu: İspaniya, “Qyor” (Macarıstan), A2

C qrupu: “Düsseldorf ZOOS” (Almaniya), Azərbaycan, A1

D qrupu: Polşa, İtaliya, B1

Millimiz avqustun 17-də “Düsseldorf ZOOS”la görüşəcək. Matç saat 16:50-də başlayacaq. Həmin gün saat 18:30-da isə komandamızın rəqibi təsnifatdan gələn komanda olacaq.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-18-də keçiriləcək