Bu ilin birinci yarısında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1002,8 manat təşkil edib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

Məlumata görə, maaş neft-qaz sektorunda 3845,2 manat, qeyri neft-qaz sektorunda 949,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 954,7 manat, özəl müəssisələrdə isə 1054 manat olub.