Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar-mart ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 123,58 faiz yerinə yetirib. 

Bu barədə “Twitter“ hesabında Komitənin sədri Səfər Mehdiyev yazıb.

"İlkin məlumata görə 1 milyard 231 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 235 milyon manat artıq deməkdir", - Sədr qeyd edib..