Beynəlxalq reytinqi agentliyi "Fitch Ratings" İsrailin kredit reytinqini "A+"dan "A"a endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, İsrailin HƏMAS ilə müharibəsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir. "Fitch" ölkənin proqnozunun isə mənfi olduğunu bildirib.

Bəyanatda reytinqin endirilməsinin Qəzzada müharibənin davam etməsi, geosiyasi risklərin artması və hərbi əməliyyatların bir çox cəbhədə təsirini əks etdirdiyi ifadə edilərək, İsrailin dövlət maliyyəsinə zərbə vurulduğuna diqqət çəkilib.

Bəyanatda bu il İsrailin ümumi daxili məhsulunun (ÜDM) 7,8 faizi həcmində büdcə kəsiri olacağı və borcun orta müddətli dövrdə ÜDM-in 70 faizinin üzərində qalacağı gözlənilir.

 

Gözəl Həşimova