2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 708,1 milyon manat olub.

Bu barədə İqtisadiyyat.az-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 422,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,7%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% artaraq 1 milyard 30 milyon manat olub.