Salyanda muzdlu işçilərin nominal əməkhaqqı artıb.

Bu barədə Salyan Rayon Statistika İdarəsindən İqtisadiyyat.az-a məlumat verilib.

Belə ki, bu ilin altı ayında rayonda çalışan muzdlu işçilərin nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artıb.

Bununla da muzdlu işçilərin nominal əməkhaqqı 659,3 manat təşkil edib.