Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

İqtisadiyyat.az xəbər verir ki, ING Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,8%-dən 3,8%-ə yüksəldib. Bu isə əvvəlki proqnoza nisbətən 1% bəndi çoxdur.

2024-cü ilin üçüncü rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,0%-dən 3,5%-ə, ilin son rübü üzrə isə proqnozunu 1,5%-dən 3,0%-ə kimi artırıb. Korporasiya 2025-ci il üzrə isə proqnozunu dəyişməyərək 2,5% səviyyəsində saxlayıb.