Çin, Hindistan, Rusiya, Qazaxıstan, Özbəkistan ölkələri üzrə turizm sənayesi və media nümayəndələrinin Azərbaycana tanıtım səfərləri təşkil olunacaq.

İqtisadiyyat.az-a bu barədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Çindən 20, Hindistan və Rusiyanın hərəsindən 30, Qazaxıstandan 15 və Özbəkistandan isə 8 nəfər nümayəndənin Azərbaycana səfəri gözlənilir.