2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 2524 ədəd minik avtomobili, 290 ədəd isə yük avtomobili istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 35.3%, yük avtomobili istehsalı isə 42.2% artıb.

Qeyd edək ki, cari ilin avqust ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 373 ədəd minik, 62 ədəd isə yük avtomobili təşkil edib.

Xatırladaq ki, bu dövrdə ölkədə 352 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.1% azdır.