ABŞ hökumətinin büdcə kəsiri iyulda 243,74 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövründən 10,4% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Hesabat dövründə ABŞ büdcəsinin gəliri 19,6% artaraq 330,377 milyard dollara, xərci isə 15,5% artaraq 574,119 milyard dollara yüksəlib.

Ötən ilin oktyabrın 1-dən başlayan 2024-cü maliyyə ilinin on ayı ərzində ABŞ-nin büdcə kəsiri 6% azalaraq 1,517 trilyon dollara çatıb.

Qeyd edək ki, 2020-ci maliyyə ilinin sonunda ölkədə 3,1 trilyon dollarlıq rekord büdcə kəsiri qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti 2001-ci maliyyə ilində olub.

 

Gözəl Həşimova