Bu gün deputatlığa namizəd Qaya Məmmədov Suraxanı rayonu Qurban Abbasov adına Mədəniyyət Sarayında bir qrup gənc, idmançı və ziyalı ilə görüş keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə qarşıdan gələn parlament seçkilərində səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclər də iştirak edib.   

Tədbirdə çıxış edən Suraxanı rayon sakini, Beynəlxalq Kopernik Olimpiadasının Fizika və Astronomiya üzrə qızıl medalçısı, ABŞ-nin Harvard Universitetinin tələbəsi Qəndab Məmmədova, Vətən Müharibəsi iştirakçısı Xəqani Muradov, dosent Ata Babayev, tanınmış pedaqoq Muxtar Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə elm və təhsilin inkişafında əldə olunan tərəqqidən danışıblar, Qaya Məmmədovun deputat seçiləcəyi təqdirdə bu sahəyə töhfə verməyimə dair inam və gözləntilərini ifadə ediblər. 

"Dəyərli gənclərimizin və hörmətli ziyalılarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhlükəsizliyi və inkişafı uğrunda aparılan siyasətə verdikləri dəstəyə görə təşəkkür edirəm. Deputat seçiləcəyim təqdirdə bu siyasi kursa töhfə vermək üçün əlimdən gələni edəcəyəm. 

Qəndab Məmmədova və onun timsalında rayonun parlaq gənclərinə uğurlar arzulayıram, onların valideynlərinə və müəllimlərinə təşəkkür edirəm", - Qaya Məmmədov deyib.