"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Ukraynanın yerli valyutada defolt reytinqini "CCC-" səviyyəsində təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Agentlik Ukraynanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini "C"dən məhdudlaşdırılmış defolta (RD) endirib.

Bildirib ki, bu addım Ukraynanın 2026-cı il üçün 750 milyon dollarlıq avrobond kupon ödənişi üçün avqustun 1-də ödənilməli olan 10 günlük güzəşt müddətinin başa çatmasından sonra atılıb.

 

Gözəl Həşimova