Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində, 77 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd cənab Fariz İsmayılzadə Lənkəran şəhər Mədəniyyət Mərkəzində və Şıxakəran kənd “Səccad” çay evində seçicilər ilə görüşlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, görüşlər zamanı Lənkəran şəhər seçki dairəsindən namizəd cənab Fariz İsmayılzadə ilə tanışlıq baş tutub, namizədin vəkilləri – ziyalı alimlər Güloğlan Bağırov, Zaur İbrahimov və Ağacəfər Fətullayev ictimaiyyətə təqdim edilib, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında məlumat verilib.

Ziyalılarla görüş zamanı, Lənkəranlı seçicilərin problemləri və təklifləri dinlənilib, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılıb.

Milli Məclisə keçiriləcək seçkilərin təbliğat - təşviqat kampaniyası çərçivəsində, namizəd cənab Fariz İsmayılzadənin avqust ayı ərzində Lənkəranlı seçicilər ilə bir sıra görüşləri keçiriləcəkdir.