İtaliyanın avtomobil istehsalçısı “Ferrari” Ukrayna hadisələri ilə əlaqədar Rusiya bazarı üçün avtomobil istehsalını dayandırmaq qərarına gəlib.

“Biz bütün qaydalara və sanksiyalara uyğun olaraq vəziyyəti izləməyə davam edirik”, - şirkətin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

Həmçinin  “Ferrari”-nin istehsal edildiyi İtaliyanın Emilia-Romanya bölgəsinin rəhbəri Stefano Bonaççini şirkətin Ukrayna xalqına kömək üçün 1 milyon avro ayırmaq qərarını açıqlayıb. Regional hakimiyyət mart ayında bir sıra humanitar layihələrin, o cümlədən Ukraynadan olan çoxsaylı qaçqınların qəbulu üçün vəsait toplamaq məqsədilə genişmiqyaslı kampaniyaya başlayıb.

Bonaççininin sözlərinə görə, burada vətəndaşlar, istehsal şirkətləri və ictimai təşkilatlar fəal iştirak edirlər.