"Türkiyə hakimiyyəti ildə 1 milyona yaxın elektrikli avtomobil istehsal etmək niyyətindədir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti ilə 1 milyard dollardan çox dəyəri olan müqavilə imzalayıb:

“Türkiyə 5 milyard dollar dəyərində elektrikli avtomobillərin istehsalını stimullaşdırmaq üçün tədbirlərə başlayır”.

 

Gözəl Həşimova