Rusiyanın “Moskviç” avtomobil zavodu istehsalı iki həftə müddətinə dayandırıb.

Bu barədə İqtisadiyyat.az “Avtostat”a istinadən xəbər verir.

Bildirilir ki, şirkət planlaşdırılan korporativ tətil üçün iyulun 22-dən avqustun 4-dək istehsalını dayandırır.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında Rusiya Federasiyasında 10 mindən çox "Moskvich" markalı avtomobil satılıb, onlardan 900-ə yaxını "Moskvich 6" və 700-ə yaxın "Moskvich 3e" elektrik avtomobilidir. Zavodun 2024-cü il üçün illik satış planı 27 mindir.

Bu ilin aprel ayında istehsalçı öz elektromobilinin qiymətini 4,1 milyon rubla qədər artırıb. 2023-cü illə müqayisədə “Moskvich 3e” 150 min rubl bahalaşıb.

 

Sadiq Cavadov