Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor"un bu ilin ikinci rübündə xalis mənfəəti rekord səviyyəyə - 1,33 trilyon yenə (8,91 milyard dollar) çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata görə, 2025-ci maliyyə ilinin birinci rübündə şirkətin xalis mənfəəti 1,7%, gəliri isə 12,2% artıb.
Hesabat dövründə "Toyota"nın gəliri 10,55 trilyon yendən 11,84 trilyon yenə yüksəlib.
Ötən maliyyə rübündə şirkət 2,252 milyon avtomobil satıb ki, bu da ötən rüblə müqayisədə 3,2% azdır.
Gözəl Həşimova