ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla"nın xalis mənfəəti bu ilin ikinci rübündə illik müqayisədə 45 faiz azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tesla" ikinci rüb üçün balans hesabatını açıqlayıb.

Hesabat dövründə şirkətin gəliri illik müqayisədə 2% artaraq 25,5 milyard dollara çatıb. "Tesla" 2023-cü ilin ikinci rübündə 24,9 milyard dollar gəlir əldə edib.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti isə illik müqayisədə 45% azalaraq 1,5 milyard dollara enib. Keçən ilin eyni dövründə "Tesla"nın xalis mənfəəti 2,7 milyard dollar olub.

"Tesla"nın xalis mənfəəti bu ilin birinci rübündə qlobal satışların və qiymətlərin azalmasının təsiri ilə illik müqayisədə 55% azalıb. 

Bu dövrdə şirkətin avtomobil istehsalı illik bazda 14%, təhvil verilən avtomobillərin sayı isə 5% azalıb.

 

Gözəl Həşimova