Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni avtomobillər alır.

İqtisadiyyat.az xəbər verir ki, 5 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.

Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş ağ rəngli minik avtomobilləri olmalıdır.

Nazirliyə avtomobilləri "Xəzər Auto" şirkəti təqdim edəcək. Nazirlik isə bunun müqabilində şirkətə 130.750 AZN ödəniş edəcək.