Taksi sifarişi və yeməklərin çatdırılması xidmətləri göstərən Amerikanın "Uber Technologies" şirkəti ikinci rübdə xalis mənfəətini və gəlirini artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, bu ilin ikinci rübündə şirkətin xalis mənfəəti 1,02 milyard dollar və ya hər bir səhm üçün 0,47 dollar təşkil edib.

Hesabat dövründə şirkətin gəliri isə 16% artaraq 10,7 milyard dollara çatıb.

İkinci rübdə "Uber" sürücülərinin etdiyi səyahətlərin sayı 21% artaraq 2,77 milyarda çatıb.

 

Gözəl Həşimova