Cənubi Koreyanın “Samsung” korporasiyası Polşada elektromobillər üçün akkumulyatorlar istehsal edəcək zavod tikməyi planlaşdırır.

İqtisadiyyat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, “Samsung” qrupunun akkumulyator istehsalı ilə məşğul olan törəmə şirkəti olan “Samsung SDI” Polşanın şimalında, Qdansk yaxınlığında zavod üçün yer müəyyənləşdirib.

Bildirilir ki, yerli hakimiyyət orqanları ilə danışıqlar 2023-cü ilin payızında başlayıb. Qeyd olunur ki, zavodun tikintisi ilə bağlı yekun qərar 2025-ci ilin birinci rübündə veriləcək. Məlumatda o da göstərilir ki, layihənin dəyəri 2 milyard avroya çata bilər.

 

Sadiq Cavadov