Yaponiyanın “Toyota Motor” avtomobil korporasiyası bu ilin birinci yarısında 5,16 milyon avtomobil satıb. Beləliklə, şirkət dünya üzrə avtomobil satışında liderliyini qoruyub.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, artıq 5-ci ildir ki "Toyota" lider mövqeyini qoruyur.

Bildirilib ki, bu siyahıda ikinci yeri 4,39 milyon avtomobil satan Almaniyanın "Volkswagen" şirkəti tutur.

 

Gözəl Həşimova