Rusiyanın “AvtoVaz” avtomobil istehsalçısı 2024-cü ilin iyul ayında satışlarını 37,6 min avtomobilə çatdırıb ki, bu da 2023-cü ilin iyul ayı ilə müqayisədə 28% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, 2024-cü ilin iyun ayı ilə müqayisədə satışlar 5% azalıb.

“Ümumilikdə, şirkət 37 645 avtomobil satıb. 2024-cü ilin iyul ayında ümumi satış nəticəsi 2023-cü ilin iyul ayının nəticələrindən 28% yüksəkdir”, - məlumatda deyilir.