Amerikanın avtomobil istehsalçısı "Ford Motor"un bu ilin ikinci rübündə xalis mənfəəti və gəliri azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə şirkətin xalis mənfəəti 1,83 milyard dollar və ya hər bir səhm üçün 46 sent təşkil edib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 1,92 milyard dollar və ya hər bir səhm üçün 47 sent olub.

Şirkətin gəliri isə 6% artaraq 47,81 milyard dollara çatıb. 2024-cü ilin əvvəlindən bəri şirkətin kapitallaşması 12% artaraq 55,2 milyard dollara çatıb.

Aprel-iyun rübündə "Ford" 1,142 milyon avtomobil tədarük edib. Bu göstərici ötən ilin eyni dövründə 1,119 milyon avtomobil olub.

 

Gözəl Həşimova