Alman avtomobil istehsalçısı “Bayerische Motoren Werke”nin (BMW) 2024-cü ilin ikinci rübündə xalis mənfəətində 9%, gəlirində isə bir qədər azalma qeydə alıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin aprel-iyun aylarında xalis mənfəəti bir il əvvəlki 2,96 milyard avro ilə müqayisədə 2,71 milyard avro təşkil edib.

Məlumata görə, şirkətin rüblük gəliri isə bir il əvvəlki 37,22 milyard avro ilə müqayisədə 36,94 milyard avro təşkil edib. Analitiklərin bu göstərici üzrə proqnozu 37,36 milyard avro olub.

Həmçinin qeyd olunub ki, “BMW”, “MINI” və “Rolls-Royce” avtomobillərinin satışı 1,3% azalaraq 618 743 ədəd təşkil edib. Bu markalı elektrikli avtomobillərin satışı isə 22,2% artaraq 107 925 ədəd təşkil edib.

“BMW” motosikletlərinin satışı 2,6% artaraq 66,64 min ədəd olub.

2024-cü ilin əvvəlindən “BMW”nin kapitallaşması 17% azalıb.

 

Sadiq Cavadov