Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz Group"un avtomobil satışlarının azalması fonunda ikinci rübdə xalis mənfəəti və gəliri azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, ikinci rübdə şirkətin xalis mənfəəti 16%, gəliri isə 4% azalıb. Belə ki, bu ilin aprel-iyun aylarında xalis mənfəət 3,64 milyard avrodan 3,06 milyard avroya enib.

Bu dövrdə şirkətin gəliri isə 36,74 milyard avroya enib.

İkinci rübdə "Mercedes-Benz"in minik avtomobillərinin satışı 4% azalaraq 496 712 ədəd, o cümlədən elektrikli avtomobillərinin satışı 6% azalaraq 89 963 min ədəd təşkil edib.

 

Gözəl Həşimova