Mart ayında Rusiyada yeni avtomobillərin qiyməti orta hesabla 40 faiz bahalaşıb.

Qeyd olunub ki, təchizatı logistika ilə bağlı problemlər və sanksiyalar səbəbindən məhdud olduğu üçün “premium” avtomobillərin qiymətlərində daha çox artım (60 faizə qədər) müşahidə olunur. Bu avtomobillərə tələbatın azalmasının miqyasını qiymətləndirən bəzi dilerlər bir ayda satışların 60 faiz azaldığını qeyd edirlər.

Mart ayında “Lada” markalı avtomobillərdə qiymətin iki dəfə bahalaşdığı deyilir. “AvtoVAZ” model və konfiqurasiyasından asılı olaraq qiymətləri 11-47 faiz qaldırıb.

“Kia” avtomobillərinin qiyməti isə 24-39 faiz bahalaşıb.