Prezident İlham Əliyev Düsen Kurabay oğlu Kaseinovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, D.K.Kaseinov TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.