Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi İnnovativ Təşəbbüslərə dəstək ictimai birliyi tərəfindən “Minasız Həyat” layihəsinə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, layihə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.

Layihə çərçivəsində gənc fəalların iştirakı “Yaşıl Dünya Naminə Minasız həyat” fləşmobu təşkil edilib. 

Fləşmobla bağlı məlumat verən layihə rəhbəri Aytac Kərimova qeyd edib ki, fləşmobların təşkili mina təhlükəsi ilə bağlı effektiv ictimai maarifəndirməni təmin edib.