“Ələt” gəmisi əsaslı təmir olunacaq.

İqtisadiyyta.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, “Ələt” gəmisi 2018-ci ildə istifadəyə verilib. Onun uzunluğu 14.90 metr, eni 5.90 metr, ümumi tutumu 56 ton, gəminin sürəti isə 10 uzel (18.5 kilometr saatda) təşkil edir.