Əlverişsiz hava şəraiti səbəbindən “Turkish Airlines” aviaşirkəti İstanbulda martın 10-na planlaşdırılan 200-dən çox reysi ləğv edib.

Bildirilib ki, bunun 71-i beynəlxalq reysdir. Təkcə Sabiha Gökçen Beynəlxalq Hava Limanında 20 daxili reys ləğv olunub.

Türkiyə mətbuatının yazdığına görə, yaxın günlərdə İstanbulda hava şəraiti kəskin şəkildə pisləşəcək, qar yağacaq.