Hesablama Palatasına yeni mətbuat katibi təyin olunub.

Jurnalist Zeynəb Kazımova qurumun mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Zeynəb Kazımova Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktorudur.

O, bu təyinatadək Dövlət Gömrük Komitəsi Akademiyasının mətbuat xidmətinin rəhbəri kimi çalışıb.

Xatırladaq ki, Hesablama Palatasının əvvəlki mətbuat katibi Nailə Qaziyeva xidmətdə son yaş həddi ilə bağlı təqaüdə çıxıb.