"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Rusiyanın reytinqlərini ləğv edib.

Bu barədə agentliyin yaydığı məlumatda deyilir.

“Fitch Ratings” Rusiyanın reytinqlərini geri götürüb. Bu, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla əlaqədardır”, - məlumatda deyilir.  

Avropa İttifaqı martın 15-də Rusiyada təsis olunmuş təşkilatlara, qurumlara və hüquqi şəxslərə kredit reytinqi verilməsinə qadağa qoyub.