Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2,995 mlrd. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12,1% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, dövriyyənin əsas hissəsini idxal təşkil edib. Belə ki, 2021-ci ildə Azərbaycan Rusiyadan 2,074 mlrd. dollarlıq məhsul idxal edib ki, bu da illik müqayisədə 5,7% çoxdur.

Azərbaycanın Rusiyadan ən çox idxal etdiyi məhsul buğdadır. Ötən il Azərbaycana Rusiyadan 315,192 mln. ABŞ dolları (535,826 mln. manat) dəyərində 1 094 236,81 ton buğda tədarük olunub.

 Azərbaycanın Rusiyadan idxal etdiyi əsas məhsulların siyahısı: