Bu ilin birinci yarısında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 702,8 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8% azdır.

Hesabat dövründə Almaniyadan Azərbaycana 387,8 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Almaniyaya ixracı isə 318,9 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova