“Absheron Hotel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 12 milyon 850 min manat məbləğdən 10 milyon 850 min manat məbləğə azaldığını elan edib.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin yerləşdiyi hüquqi ünvana bildirə bilərlər.

Qeyd edək ki, “Absheron Hotel Group” 2013-cü ildə dövlət qeydiyyatına alınıb.