“Xtra Plast” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadiyyat.az İZİA-ya istinadən xəbər verir ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək.

İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.